“Araz-Naxçıvan”da var - 150

03:50 Araz-Naxçıvan 98
“Araz-Naxçıvan”da var - 150

“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib.

“Turan Tovuz”un futbolçusu Emmanuel Hakmanın avtoqolu Naxçıvan təmsilçisi üçün 150-ci olub.

2:2 hesabı ilə başa çatan görüşdə daha bir dəfə fərqlənən komanda 152-ci oyununda qol sayını 151-ə də çatdırıb. Bunlardan 80-i evdə, 71-i səfərdə qeydə alınıb.

“Araz-Naxçıvan” turnirin tarixində 150 və daha çox qol vuran 26-cı komanda olub. Klub tarixində yüksək dəstədəki ilk qol 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də İlham Allahyarov fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim