İspaniya klubu azərbaycanlı istedadı bəyəndi, bircə problem qaldı - SON XƏBƏR

20:00 Sabah 185
İspaniya klubu azərbaycanlı istedadı bəyəndi, bircə problem qaldı - SON XƏBƏR

12 yaşlı Əli Hüseynli “Vilyarreal”ın akademiyasına seçilib.

İspaniya klubunun skautları onu Bakıda izləyərək bəyənib.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Əli “Vilyarreal”ın U-13 komandasına dəvət alıb. O, İspaniya klubuna mart ayında 13 yaşı tamam olduqdan sonra qoşula bilər.

Hazırda “Sabah”ın U-14 komandasında çıxış edən Hüseynli futbolun sirlərini 2021-ci ildə Türkiyədə - “Altınordu”nun akademiyasında öyrənib.

Onun “bayquşlar“la müqaviləsi uzunmüddətlidir. Bununla belə, Masazır təmsilçisi istedadlı yeniyetməni İspaniyaya buraxmağa hazırdır.

Əlinin Priney yarımadasna səfəri daha çox ailəsindən asılıdır. Valideynləri işçi vizası almalı, “Vilyarreal“ da öz növbəsində onlardan birini işlə təmin etməlidir.

Bu isə uzun proses kimi görünür və mayın sonunadək çəkə bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti