“Qarabağ”da 3 qol vurdu, yeni baş məşqçinin siyahısında yer aldı

13:00 Qarabağ 157
“Qarabağ”da 3 qol vurdu, yeni baş məşqçinin siyahısında yer aldı

“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukrayna millisinə çağırıla bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, yığmanın yeni baş məşqçisi Andrea Maldera legioner həyatı yaşayan ukraynalılardan ibarət siyahı hazırlayıb. Kaşukun cari mövsümdəki performansı da məşqçilər korpusunun diqqətini çəkib.

26 yaşlı vinger “Qarabağ”ın heyətində artıq 12 matçda iştirak edib, 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kaşuk Misli Premyer Liqasının son turunda “Zirə” ilə qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.

Bildirilir ki, futbolçu bu performansı davam etdirəcəyi təqdirdə Ukrayna millisinə çağırılması istisna deyil.

Aleksey Kaşuk Ukraynanın aşağı yaş qrupundan ibarət bütün yığmalarında çıxış edib. O, 2024-cü ildən “Qarabağ”ın formasını geyinir.

1705474423 11 - Futbolinfo.az
Digər Xəbərlər
Xəbər Lenti