“Qarabağ”ın və Azərbaycan millsinin müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubundan məlumat verib.
Futbolçunun 4 həftə sonra bərpa prosesinə başlayacağı qeyd olunur.
Bu ilin fevralında üzləşdiyi zədə səbəbindən uzunmüddət oynamayan 27 yaşlı mərkəz müdafiəçisinin ayağının əməliyyat olunan hissəsində yenidən problem yaranıb.
