Azərbaycan milliləri ilk turda qələbə qazandı - Ümumdünya Şahmat Olimpiadası

17 Sentyabr 04:10 Şahmat 2 004
Azərbaycan milliləri ilk turda qələbə qazandı - Ümumdünya Şahmat Olimpiadası

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə start veriblər.

Sportinfo.az xəbər verir ki,kişilərdən ibarət komanda I turda Mərakeş seçməsinə qalib gəlib - 4:0.

Yığma üzvlərinin hamısı - Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli və Rauf Məmmədov partiyalarını qələbə ilə başa vurublar.

Daha əvvəl qadınlardan ibarət kollektiv Qvatemaladan güclü olub.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə