"Neftçi" bu mövsüm arxada qalan 4 görüşdə hələ belə əla yarım saat keçirməmişdi. İlk 30 dəqiqədə "ağ qaralar" meydanın ağası idi.
Baxımlı hücumlar, çox saylı qol imkanları və vurulan 2 cavabsız qol. Darmadağın qoxusu gəldiyi məqamda "İmişli" geridönüşlə səhnəyə çıxdı.
Ümumiyyətlə, oyunun sonrakı dəqiqələrində Fərid Namazovun komandası güclü rəqibinə qarşı layiqli mübarizə apardı. Hətta ikinci yarıda hesabda önə çıxmağı yaxın oldular. Klismanın fantastik qolu olmasaydı, "Neftçi" üçün növbəti xal itkisi qapıdaydı.
"Ağ qaralar" hələki hücumdakı məhsuldarlığın barını yeyir. Bu cür xaos müdafiə xətti ilə uzun müddət belə davam etmək olmaz. İqor Ribeyro ehtiyata göndərildi, Qravilyon ondan betər gündədir. Ukraynalı müdafiənin mərkəzində "kimə güvənim" deyə baş sındırır.
İndiki məqamda Elvin Bədəlov Murad Xaçayev tandemi daha uğurlu olar kimi görünür.
Breno Almeyda yenə yaxşı oyun keçirdi. Freddi Varqas əvvəlki günlərini xatırlatdı. Emin Mahmudov özünə bənzəmədi, Tupta bu gedişlə "Neftçi"nin yeni Yeqor Boqomolskisi olacaq.
Başverənlər Yuri Vernidubun da diqqətindədir. Ukraynalı mütəxəssis matçdan sonra həyəcan təbili çalıb:
"Futbolçulara demişəm ki, belə oynamağa "Neftçi" bu mövsüm arxada qalan 4 görüşdə hələ belə əla yarım saat keçirməmişdi. İlk 30 dəqiqədə "ağ qaralar" meydanın ağası idi.
Baxımlı hücumlar, çox saylı qol imkanları və vurulan 2 cavabsız qol. Darmadağın qoxusu gəldiyi məqamda "İmişli" geridönüşlə səhnəyə çıxdı.
Ümumiyyətlə, oyunun sonrakı dəqiqələrində Fərid Namazovun komandası güclü rəqibinə qarşı layiqli mübarizə apardı. Hətta ikinci yarıda hesabda önə çıxmağı yaxın oldular. Klismanın fantastik qolu olmasaydı, "Neftçi" üçün növbəti xal itkisi qapıdaydı.
"Ağ qaralar" hələki hücumdakı məhsuldarlığın barını yeyir. Bu cür xaos müdafiə xətti ilə uzun müddət belə davam etmək olmaz. İqor Ribeyro ehtiyata göndərildi, Qravilyon ondan betər gündədir. Ukraynalı müdafiənin mərkəzində "kimə güvənim" deyə baş sındırır.
İndiki məqamda Elvin Bədəlov Murad Xaçayev tandemi daha uğurlu olar kimi görünür.
Breno Almeyda yenə yaxşı oyun keçirdi. Freddi Varqas əvvəlki günlərini xatırlatdı. Emin Mahmudov özünə bənzəmədi, Tupta bu gedişlə "Neftçi"nin yeni Yeqor Boqomolskisi olacaq.
Başverənlər Yuri Vernidubun da diqqətindədir. Ukraynalı mütəxəssis matçdan sonra həyəcan təbili çalıb:
"Futbolçulara demişəm ki, belə oynamağa haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik".
Vernidub təcrübəli məşqçidir. Gözəl bilir ki, bu cür qələbələrlə böyük hədəflər doğru irəliləmək çətindir.
Səhvləri maksimum azaltmaq lazımdır.
Çünki "Neftçi"nin mövsümün sonundakı yekun nəticəsi məhz bundan asılı olacaq. haqqımız yoxdur, eyni səhvləri təkrarlamalı deyilik".
Vernidub təcrübəli məşqçidir. Gözəl bilir ki, bu cür qələbələrlə böyük hədəflər doğru irəliləmək çətindir.
Səhvləri maksimum azaltmaq lazımdır.
Çünki "Neftçi"nin mövsümün sonundakı yekun nəticəsi məhz bundan asılı olacaq.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
