“Real” və “Barselona”nın transfer hədəfindədir - Cəmi 15 yaşı var

17 Sentyabr 00:00 İngiltərə 418
“Real” və “Barselona”nın transfer hədəfindədir - Cəmi 15 yaşı var

“Mançester Yunayted”in U-18 komandasında çıxış edən Cey-Cey Qabriel “Real”a keçə bilər.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, 15 yaşlı hücumçu “Mançester Yunayted”dən azad agent kimi ayrılmaq niyyətindədir və bu barədə artıq klub rəhbərliyinə məlumat verib.

Gənc oyunçu uğrunda mübarizədə hazırda “Real” öndədir. İngiltərə millisinin aşağı yaş qruplarında çıxış edən futbolçu ilə “Barselona”, PSJ və “Bayern”in də maraqlandığı bildirilir.

“Mançester Yunayted” Qabrieli bu mövsüm əsas komandada oynatmaq niyyətində olub. İngiltərə klubu futbolçunu komandada qalmağa razı salmağa çalışır.

Qabriel cari mövsümdə “Mançester Yunayted”in gənclər komandasında keçirdiyi 3 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu