AFFA klublarla müzakirələri davam etdirir - Oyun formatlarının yenilənməsi üçün

AFFA klublarla müzakirələri davam etdirir - Oyun formatlarının yenilənməsi üçün

AFFA gənclər futbolunda oyun formatlarının təkmilləşdirilməsi ilə bağlı klublarla məsləhətləşmələri davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

Klub rəhbərliklərinin təşəbbüsü ilə keçirilən video-görüşdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları iştirak ediblər.

Görüş zamanı gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi müzakirə olunub. Tərəflər yaş qruplarının inkişaf mərhələlərinə uyğun olaraq oyun formatlarının tədricən böyüdülməsinin əhəmiyyətini qeyd ediblər.

Həmçinin klubların bu istiqamətdə təklif və mülahizələri dinlənilib, akademiyaların mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, format dəyişikliyi ilə bağlı yekun qərar akademiyalarla birgə, onların rəyi nəzərə alınmaqla qəbul ediləcək.

Bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək və yekun qərar yeni mövsüm başlamamışdan əvvəl akademiyalara açıqlanacaq.

AFFA gənc futbolçuların inkişafı üçün optimal həllərin müəyyənləşdirilməsi məqsədilə akademiyalarla əməkdaşlığı davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim