Messinin komandasının yeni baş məşqçisi kim oldu?

10:20 Dünya futbolu 115
Messinin komandasının yeni baş məşqçisi kim oldu?

Lionel Messinin çıxış etdiyi ABŞ-nin “İnter Mayami” klubu argentinalı mütəxəssis Kili Qonsalesin baş məşqçi postuna təyin olunduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, MLS təmsilçisinin mətbuat xidməti 52 yaşlı mütəxəssisin bütün lazımi sənədləri aldığını və artıq Cənubi Floridaya gələrək vəzifəsinin icrasına başladığını bildirib.

Klub ilə argentinalı çalışdırıcı arasında bağlanan müqavilə 2028-ci ilin ortalarınadək nəzərdə tutulub.

Qonsales məşqçilik karyerası ərzində vətənində “Rosario Sentral”, “Union Santa Fe” və “Platense” klublarını idarə edib.

Futbolçu kimi isə o, Avropada “Saraqosa”, “Valensiya” və Milanın “İnter” komandalarında çıxış edərək böyük uğurlar qazanıb.

“İnter Mayami” növbəti oyununu sentyabrın 17-nə keçən gecə keçirəcək. Komanda Kili Qonsalesin rəhbərliyi altında Çempionlar Kubokunun finalında Meksikanın “Krus Asul” klubu ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti