"Neftçi"dən gedənlərin biri qərar verdi, digərinə yaxın duran tapılmır - VİDEO

11:40 Sportinfo TV 215
"Neftçi"dən gedənlərin biri qərar verdi, digərinə yaxın duran tapılmır - VİDEO

“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“ növbəti dəfə izləyicilərinin görüşünə gəlib.

Burada bir neçə maraqlı məlumat diqqətə çatdırılıb.

Bildirilib ki, “Neftçi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən Elvin Camalovun yeni klubu bəlli olub.

Dayaq yarımmüdafiəçisi yetirməsi olduğu “Qəbələ“yə dönüb. O, əyalət təmsilçisi ilə bu gün 2 illik müqavilə imzalayıb.

Üç ay öncə “Neftçi”dən ayrılan Cordan Rezabalanın işsiz günləri isə davam edir. Ekvadorlu yarımmüdafiəçi hələ də klubsuzdur.

Ona Azərbaycanın iki klubundan maraq olub. Özü bu izdivaca həvəs göstərməyib, iddialı komandada qərarlaşmaq istədiyini deyib, maaş məsələsində “göylə gedib”.

Yeni mövsümə Cavid Hüseynovla start verən «Araz-Naxçıvan»da gərginlik pik həddədir.

Premyer Liqanın geridə qalan beş turunda qələbə üzünə həsrət qalan, 2 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alan «ağ-qırmızılar»da əhval-ruhiyyə darmadağındır.

Baş məşqçi ilə futbolçular arasında münasibətlər nəzarətdən çıxıb. Hüseynovun son məşqlərdə səsinin tonunu qaldırması oyunçuların xoşuna gəlməyib.

Gənc çalışdırıcının onların üstünə yerli-yersiz qışqırmasını görən legionerlərdən biri eyni formada reaksiya verib.

Əcnəbi üzünü Hüseynova tutaraq, sərt formada “bir az yavaş, səsini qaldırma” deyib. Bu cavab komandanın digər üzvlərinin ürəyinə yağ kimi yayılıb.

Hadisə klub funksionerlərinin gözü qarşısında yaşanıb. Di gəl, heç nəyə qarışmayıblar.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti