“Liverpul” Premyer Liqanın ilk 4 turunda 1 qələbə qazanıb, 3 heç-heçə edib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, komandanın nəticələrinin qənaətbəxş olmadığını desə də, bunun əsas səbəbkarının baş məşqçi olmadığını bildirib:
“Baş məşqçini tənqid etmirəm və ona təzyiq göstərmirəm. Baxmayaraq ki, mövsümün başlanğıcı həqiqətən uğursuz alınıb.
Hazırda elə bir futbolçu qrupundan danışırıq ki, onların ötən mövsüm göstərdiyi nəticələr klub üçün qəbuledilməz idi.
Ötən mövsüm başa çatdıqdan sonra “Liverpul” rəhbərliyi baş məşqçini dəyişdi və faktiki olaraq belə dedi: “Bizim yaxşı futbolçularımız var, sadəcə, sən onlardan maksimum yararlana bilmirsən”.
Yaxşı, bunu qəbul edək. Yeni məşqçi gəldi və işinə başladı.
Hələ çox az vaxt keçib, amma bu futbolçular uzun müddətdir ki, çox zəif çıxış edirlər. Mövsümə uğursuz start verdilər, halbuki “Liverpul”un təqvimi o qədər də çətin deyildi.
Əslində, “Liverpul”un 10 xalı olmalı idi. Buna görə də, nəticələr həqiqətən çox pisdir. “Liverpul” azarkeşlərindən heç biri baş məşqçini günahlandırmayacaq və onun işini şübhə altına almayacaq.
Bu mövsüm hər şey futbolçulardan asılı olacaq. Mən də “Liverpul”un əksər azarkeşləri kimi onlara baxıb düşünəcəm: siz daha yüksək səviyyədə oynamalısız”.
“Liverpul” İngiltərə Premyer Liqasında 4 turdan sonra 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
