Azərbaycan işə başlayan əcnəbi vəd verdi - Fokus göstərəcək?

16 Sentyabr 17:00 Sumqayıt 707
Azərbaycan işə başlayan əcnəbi vəd verdi - Fokus göstərəcək?

“Biz inkişaf edirik, daha yaxşı olacağıq”.

Bunu “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido “Şamaxı” ilə 1:1 hesablı heç-heçədən sonra deyib.

Cənab Kandido, nə vaxt daha yaxşı olacaqsınız? Artıq 5 tur arxada qalıb.

“Qarabağ”a, “Turan Tovuz”a, “Neftçi”yə məğlubiyyətlərin adını rəqibin iddialı olması qoyub üstündən keçdik.

Bəs “Şamaxı” ilə oyuna nə izah verək?

Nə futbolçu keyfiyyətində, nə büdcə baxımından, nə də infrastruktur məsələsində “Sumqayıt” “Şamaxı”dan geri qalır.

Əksinə “Sumqayıt” Premyer Liqada daha təcrübəli komandadır və daha geniş imkanlara sahibdir. "Şamaxı" son 2 ayda yenidən qurulan kollektiv.

Amma meydanda biz bu fərqi görmədik.

Portuqaliyalı mütəxəssis daha sonra milli fasilənin komanda üçün yaxşı fürsət olacağını, iki futbolçunun milli komandaya dəvət alacağını və buna görə tam heyətlə məşq edə bilməyəcəklərini deyib.

Yenə bəhanə, yenə zaman qazanmaq...

Arxada qalan 5 turda nəticələr bir yana, Kandidonun nə oynatmaq istədiyini, komandanı hansı sistemdə oynatmaq istədiyini, açığı, heç cür görə bilməmişik.

Bəli, ola bilər, yeni sistem qurulur, formalaşdırılır və zamanla həmin sistem daha da inkişaf etdiriləcək.

Amma arxada qalan 5 turdan sonra hansısa sistem görmədik ki, hələ bir inkişafından danışaq. Pərakəndə, futbolçuların fərdi ustalığın hesablanan oyun modeli görürük.

Açığı, “Şamaxı” ilə oyundan sonra Kandido­nun açıqlamaları mənə bəhanədən və zaman qazanmaq cəhdindən başqa bir şey təsiri bağışlamadı.

Gözləyək, milli fasiləni də gözləyək, görək ondan sonra nələr baş verəcək.

Hərçənd milli fasiləyə qədər komandanın qarşıda "Kəpəz"lə səfər oyunu var.

Kandido­nun açıqlamasından belə çıxır ki, həmin oyunda da azarkeşlər müsbət nəticə gözləməsin.

Sonra isə “sıçrayış” olacaq, əcnəbi mütəxəssis faks göstərəcək.

Belə ssenari çox görmüşük, siz də olun növbətisinin baş qəhrəmanı...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu