“Sonda başqa qərar verdik, “Qarabağ”da yaxşı oynayır”

01:50 Qarabağ 67
“Sonda başqa qərar verdik, “Qarabağ”da yaxşı oynayır”

Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Qarabağ”ın müdafiəçisi Bense Varkonyinin yığmaya dəvət olunmasına münasibət bildirib.

Sportinfo.az macar mediasına istinadən xəbər verir ki, italiyalı mütəxəssis UEfA Millətlər Liqasının qarşıdakı oyunları üçün heyəti açıqladıqdan sonra keçirdiyi mətbuat konfransında ilk dəfə əsas milliyə çağırılan Varkonyini bir müddətdir izlədiklərini deyib.

Rossi bildirib ki, futbolçunun milliyə dəvəti hələ yayda gündəmdə olub:

“Bense Varkonyini hələ iyunda milliyə çağırmaq məsələsini nəzərdən keçirmişdik, amma sonda başqa qərar verdik.

O vaxtdan bəri klubunu dəyişib, müntəzəm çıxış edir və “Qarabağ”da yaxşı oynayır. Buna görə də artıq onun bizimlə olması üçün uyğun vaxtın çatdığını düşündük”.

Marko Rossi “Qarabağ”ın 24 yaşlı mərkəz müdafiəçisini UEFA Millətlər Liqasının dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib. Macarıstan yığması UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı qəbul edəcək.

Komanda sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim