Premyer Liqanı bu mövsüm qazanacaq komanda

16:00 Sabah 173
Premyer Liqanı bu mövsüm qazanacaq komanda

Çempionlar Liqasının əsas mərhələsində iştirak edən «Sabah» Premyer Liqada qarşısıalınmazdır.

Ardıcıl dördüncü qələbə bəzi suallara bəribaşdan aydınlıq gətirdi.

Bəlli oldu ki, yeni mövsümün çempionluğa bir nömrəli iddialısı elə Valdas Dambrauskasın çalışdırdığı komandadır.

Litvalı baş məşqçi «Şəfa» ilə oyunda heyətə xeyli əl gəzdirsə də, bu, böyükhesablı qalibiyyətə əngəl yaratmadı. Qonaqlar ilk 20-25 dəqiqədən sonra əla təsir bağışladı, nominal ev sahiblərinin fərdi səhvlərini dəyərləndirdi.

«Şəfa» hesabı açılanadək dözdü, ondan sonra ruhdan düşdü və kollektiv əzm dağıldı.

«Sabah»ın birinci-ikinci heyəti yoxdur. Gəlin, bu mövzuda müzakirələrə son qoyaq.

Dambrauskas düşərgəyə elə futbolçular cəlb edib, elə taktika seçib ki, meydana kimin çıxıb-çıxmaması böyük fərq eləmir. Çün fikir birdir - yalnız irəliyə oynamaq.

Görürsən ki, hamının beyninnə bir «çip» yerləşdirilib - topu yan-yörədə ləngitməyəcəksən, onu arxaya ötürməyəcəksən, gözün yalnız rəqibin qapısında olacaq və hər nə edəcəksənsə, sürətli edəcəksən.

Bu, əla alınır və onları digərlərindən fərqləndirir. Liqada heç bir komanda «Sabah» qədər iti, kəsərli, düşünülmüş oyun sərgiləmir.

Qarşısıalınmaz görünürlər.

Fövqəladə nəsə baş verməsə, vaxtından xeyli əvvəl çempionluq marşını sifariş edəcəklər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti