Misli Premyer Liqasında 5-ci turun simvolik “11-liy”i açıqlanıb.
Sportinfo.az xəbər verir ki, “Sofascore” hər mövqe üzrə ən yüksək xal toplayan futbolçulardan ibarət rəmzi komanda formalaşdırıb.
Simvolik komanda 4-3-3 sxeminə uyğun qurulub. “Şəfa”nı səfərdə 3 cavabsız qolla üstələyən “Sabah” burada 4 oyunçu ilə təmsil olunub. “Neftçi”, “Kəpəz” və “Turan Tovuz”un hərəsinin 2, “Araz-Naxçıvan”ın isə 1 futbolçusu heyətə salınıb.
Rəmzi komandanın ən yüksək xal toplayan oyunçusu Breno Almeyda olub. “Neftçi”nin braziliyalı vingeri “İmişli”ni səfərdə 3:2 hesabı ilə məğlub etdikləri qarşılaşmada 1 qola imza atıb. Onun çıxışı 9,5 xalla qiymətləndirilib.
Qapıçı: Tərlan Əhmədli (“Araz-Naxçıvan” – 7,6 xal);
Müdafiəçilər: Rəhman Daşdəmirov (“Sabah” – 7,8), Eyden Makkarti (“Sabah” – 7,5), Tellur Mütəllimov (“Sabah” – 7,6), Adama Fofana (“Kəpəz” – 8,5);
Yarımmüdafiəçilər: Abdulla Xaybulayev (“Sabah” – 8,2), İfeanyi Metyu (“Neftçi” – 7,7), Roberto Olabe (“Turan Tovuz” – 8,1);
Hücumçular: Viktor Stina (“Kəpəz” – 7,7), Breno Almeyda (“Neftçi” – 9,5), Jo Batista (“Turan Tovuz” – 7,7).
