İspaniyanın “Leqanes” klubunda icarə əsasında çıxış edən “Komo”nun futbolçusu Alvaro Morata və həyat yoldaşı Alis Kampello münasibətlərində yaşanan çətinliklərdən sonra yenidən bir araya gəlib.
Sportinfo.az xəbər verir ki, onlar 2024-cü ilin avqustunda ayrılıb, ötən ilin iyununda isə barışıblar.
Cütlük bu qərarı dörd övladları naminə verib. Kampello Madriddə keçirilən Formula 1 təşviqat tədbirində Morata ilə yenidən evlənməyə hazır olduğunu bildirib:
“Bunu etmək istərdim, amma çox daha az sayda insanla. Yalnız son illərdə bizə dəstək olan ən yaxın insanlarla.
Həmçinin övladlarımızın da iştirak edəcəyi çox şəxsi bir mərasim olardı. İstənilən evlilikdə olduğu kimi, burada da yaxşı və pis anlar olur. Lakin əsas odur ki, biz birlikdə qalırıq”.
Morata və Kampello daha əvvəl 2017-ci ildə, Venesiyada 400-dən çox qonağın iştirakı ilə evləniblər.
