“Mançester Yunayted” 66 milyon adama “Sabah”la bağlı 5 məlumat paylaşdı - VİDEO

23:00 Sabah 110
“Mançester Yunayted” 66 milyon adama “Sabah”la bağlı 5 məlumat paylaşdı - VİDEO

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Mançester Yunayted” maraqlı məlumatlar təqdim edib.

İngiltərə təmsilçisinin 66 milyon izləyicisi olan “instagram” hesabında edilən videopaylaşımın mətnində azərbaycanlı oxucular üçün də maraq doğuracaq 5 fakt yer alıb.

Mətnin tərcümə olunmuş versiyasını olduğu kimi təqdim edirik:

“Bu həftə “Sabah” FK Çempionlar Liqasında oynayacaq. Bəs biz onlar haqqında nə qədər məlumatlıyıq? Bilməli olduğunuz 5 faktı təqdim edirik.

1-ci fakt: “Sabah” inanılmaz dərəcədə gənc klubdur. Klub 2017-ci ildə yaradılıb. Bəli, 2017-ci ildə! Bu o deməkdir ki, “Mançester Yunayted”in bəzi akademiya futbolçuları “Sabah”dan yaşca böyükdür. Təsəvvür edirsiniz, nə qədər maraqlıdır?

2-ci fakt: “Sabah”ın forması “Mançester Yunayted”in qırmızı rəngində deyil. Sabah qara və çəhrayı rənglərdə çıxış edir. Klub ev formasının rənglərindən biri kimi çəhrayını qeydiyyatdan keçirən və bu rənglə Çempionlar Liqasının liqa mərhələsinə yüksələn ilk komandadır. Buna görə də onları “qara-çəhrayılar” adlandırırlar.

3-cü fakt: Komandanın baş məşqçisinin futbola gəlmə yolu olduqca maraqlıdır. Valdas Dambrauskas Litvanın “Kim milyonçu olmaq istəyir?” verilişində pul qazanıb. Daha sonra həmin vəsaitdən istifadə edərək Londona köçüb, məşqçilik kurslarına qatılıb. Bu müddətdə qəzet paylamaq, uşaqlara baxıcılıq etmək və hətta “Mançester Yunayted” futbol məktəblərində çalışmaq kimi müxtəlif işlər də görüb. Dünya həqiqətən kiçikdir!

4-cü fakt: “Sabah”ın Çempionlar Liqasındakı yürüşü əsl hekayədir. Onlar mübarizəyə birinci təsnifat mərhələsindən başlayıblar və liqa mərhələsinə yüksəlmək üçün ümumilikdə dörd mərhələni keçməli olublar. Bununla da bu mərhələyə çatan ilk Azərbaycan klubu olub (Ötən mövsüm “Qarabağ” da liqa mərhələsində iştirak edib. Lakin “köhlən atlar” mübarizəyə 1-ci yox, 2-ci təsnifat mərhələsindən başlayaraq üç mərhələ adlayıb – H.).

5-ci fakt: “Sabah”ın digər ləqəbi isə “bayquşlar”dır. Beləliklə, klubun iki ləqəbi var: “qara-çəhrayılar” və “bayquşlar”. Hansını daha çox bəyəndiyinizə özünüz qərar verin.

Beləliklə, artıq “Sabah” haqqında bir az daha çox məlumatınız var. Bəs “Mançester Yunayted” onların Çempionlar Liqasındakı nağılına son qoya biləcəkmi? Bunu cümə axşamı öyrənəcəyik”.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti