AFFA rəsmən “Turan Tovuz”u haqlı çıxardı: Qərar yanlış verilib - VİDEO

13:20 Araşdırma 170
AFFA rəsmən “Turan Tovuz”u haqlı çıxardı: Qərar yanlış verilib - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 5-ci turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşlərindəki məqamları dəyərləndirib.

R.Həsənov "Turan Tovuz"un qapısına 86-cı dəqiqədə təyin edilən və qolla nəticələnən penalti epizodu zamanı baş hakim Elçin Məsiyevin səhvə yol verdiyini etiraf edib.

Referinin VAR-a baxdıqda sonra penalti qərarını ləğv etməli olduğu bildirilib.

Rəhim Həsənovun epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti