Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazandı

04:50 Digər növlər 58
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazandı

Azərbaycan gimnastları 2027-ci il iyunun 16–27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək IV Avropa Oyunlarına artıq bir neçə növdə iştirak hüququ əldə ediblər.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 8-dən başlanan təsnifat yarışlarında idmançılar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış ediblər.

Aprelin 8–12-də Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında Selcan Mahsudova və Maqsud Mahsudov fərdi proqramda, Maqsud Mahsudov və Hüseyn Abbasov isə sinxron proqramda lisenziyaya sahib olublar.

Sentyabrın 11–13-də İspaniyanın Pamplona şəhərində təşkil olunan aerobika gimnastikası üzrə dünya çempionatında isə qarışıq cütlük proqramında mübarizə aparan Mədinə Mustafayeva və Vladimir Dolmatov IV Avropa Oyunlarında iştirak hüququna yiyələniblər.

2026-cı ildə keçiriləcək akrobatika gimnastikası və tamblinq üzrə dünya çempionatları, eləcə də 2027-ci ildə baş tutacaq idman gimnastikası və bədii gimnastika üzrə Avropa çempionatları IV Avropa Oyunlarına lisenziya qazandıran təsnifat xarakterli yarışlardır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim