Azərbaycan komandasının Tacikistanla keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.
Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. VAR hakimi isə Kamran Bayramov olacaq.
Məlumat üçün bildirək ki, Roman Jitari bu mövsüm Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk görüşdə (3:0) də ədaləti qoruyub.
Sentyabrın 23-də “Palms Sports Arena”da təşkil olunacaq Azərbaycan - Tacikistan oyunu saat 20:00-da başlayacaq.
