“Hakim qərarını dəyişmədisə, deməli, penalti var idi” – Söz-söhbətli oyunun iştirakçısı

21:20 Araz-Naxçıvan 120
“Hakim qərarını dəyişmədisə, deməli, penalti var idi” – Söz-söhbətli oyunun iştirakçısı

“Bu mövsüm qələbə qazanmamışdıq. Ona görə də bura 3 xal dalınca gəlmişdik”.

“Araz-Naxçıvan”ın hücumçusu Ağadadaş Salyanski Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”la qarşılaşmanı (2:2) şərh edib.

Ötən həftə Şamaxıda 2:2 hesabı ilə başa çatan qarşılaşmada 22 yaşlı hücumçu penaltidən fərqlənməklə komandasına hava-su kimi lazım olan 1 xal qazandırdı.

Salyanski baş məşqçinin əvəzetmələrinin mühüm rol oynadığını deməklə yanaşı, hakimin penalti qərarını şərh edib, “nöqtə”yə yaxınlaşmaqda həvəsli olduğunu gizlətməyib:

“İlk hissədə lazım olan qolu vurmağımıza baxmayaraq, ikinci yarının əvvəlində hesab bərabərləşdi, daha sonra ikinci topu buraxdıq. Buna baxmayaraq, həvəsdən düşmədik, toparlanıb sona qədər mübarizə apardıq.

Oyuna sonradan qoşulanlar komandaya güc qatdılar. Sona yaxın bizim üçün vacib olan bərabərlik topunu vurmağa nail olduq.

Rəqib qapısına təyin olunan penaltiyə gəlincə, hakim VAR-a baxandan sonra qərarını dəyişmədisə, deməli, qayda pozuntusu var idi. “Turan Tovuz”un qapıçısı Maraya qarşı kobud oynamışdı.

Penaltini özüm vurmaq istəyirdim. Baş məşqçimiz də mənim vurmağımı tapşırdı”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti