"Şəfa"da problemlər bitmir. Luis Felipenin zədəsi gözləniləndən daha ciddi imiş.
Premyer Liqanın dördüncü turunda keçirilən "Neftçi" ilə matçın (1:4) gedişində xəsarət alan və 62-ci dəqiqədə Nahid Əliyevlə əvəzləyən braziliyalı hücumçu daha bir müddət yaşıl sahələrdən kənarda qalacaq.
Müayinə zamanı cənubi amerikalı forvardın sağ ayaq topuğunda iki şişin əmələ gəlməsi üzə çıxıb.
Həkimlər "sambaçı"nın ötən tur "Sabah"la olduğu kimi, üzümüzə gələn "Qarabağ"la oyunu da kənardan izləməsi gərəkdiyini bildirblər.
Ümumiyyətlə, ön xətt adamının sentyabrın sonunadək gözləməsi gərəkdiyini deyiblər. Onlar 25 yaşlı əcnəbiyə məsləhət görüb ki, fərdi məşqlərə başlamağa tələsməsin.
SPORTİNFO.AZ
