“Mançester Yunayted”i tərk edəcək - Mövsümün sonunda

17 Sentyabr 01:30 İngiltərə 370
“Mançester Yunayted”i tərk edəcək - Mövsümün sonunda

“Mançester Yunayted”in müdafiəçisi Luk Şou mövsümün sonunda klubu tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda hər şey 31 yaşlı futbolçunun müddəti gələn yay başa çatacaq müqaviləsinin yenilənməyəcəyinə işarə edir.

Bu halda Şou azad agent statusu alacaq.

İngiltərəli müdafiəçi 2014-cü ildən “Mançester Yunayted”in formasını geyinir. O, cari mövsümdə Premyer Liqada 3 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı Şounun hazırkı bazar dəyərini 8 milyon avro qiymətləndirir. Onun komandası UEFA Çempionlar Liqasının ilk turunda Azərbaycan çempionu “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti