Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi”

09:20 Qarabağ 131
Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi”

“Qarabağ”ın legioneri Bense Varkonyi Macarıstan millisinə dəvət alması ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında karyerasında ilk dəfə əsas yığmaya çağırılmasını sevinclə qarşıladığını qeyd edib:

“Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım.

Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq, idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də, bu dəvət məni həqiqətən çox sevindirdi”.

Mövsümlərarası fasilədə transfer olunan müdafiəçi, “Qarabağ”a keçidin yığmaya çağırılmasına təkan verdiyini vurğulayıb:

“Bəli, yayda “Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim.

Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar.

Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram”.

Bense hədəflərinə çatmaq üçün çalışacağını qeyd edib:

“Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəm”.

UEFA Millətlər Liqasında çıxış edən Macarıstan millisi sentyabrın 25-də Ukrayna, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək. Macarlar sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 5-də Ukraynanın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM