Millidəki karyerasını başa vurdu - 35 yaşlı ulduz

10:00 Dünya futbolu 82
Millidəki karyerasını başa vurdu - 35 yaşlı ulduz

“Atletiko Nasyonal”ın yarımmüdafiəçisi Xames Rodriges Kolumbiya millisindəki karyerasını başa vurduğunu elan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı ulduz futbolçu öz sosial şəbəkə hesabında paylaşım edib.

“Məqam yetişdi. Bölüşdüyümüz hər matç, hər sevic, göz yaşı və xəyal üçün təşəkkür edirəm. Kolumbiya yığmasının şərəfini qorumaq mənim üçün ən böyük qürur idi. Təşəkkürlər, Kolumbiya. Əbədiyyətə qədər” - deyə, Rodriges qeyd edib.

Xames Kolumbiya millisinin heyətində ümumilikdə 131 oyuna çıxıb və 31 qolla yadda qalıb. O, Braziliyada keçirilən 2014-cü il dünya çempionatında vurulan 6 qolla turnirin ən yaxşı bombardiri olmuşdu.

Rodriges üçün milli komandadakı son turnir 2026-cı il dünya çempionatı olub. Həmin mundialda 1/8 finala qədər irəliləyən Kolumbiya penaltilər seriyasında İsveçrəyə uduzaraq, mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!