Premyer Liqanın növbəti oyunundan sonra Azətbaycanı tərk edəcək

17 Sentyabr 02:50 Kəpəz 1 336
Premyer Liqanın növbəti oyunundan sonra Azətbaycanı tərk edəcək

“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.

28 yaşlı futbolçu sentyabrın 20-də Azərbaycan Premyer Liqasının 5-cı turu çərçivəsində “Sumqayıt”la oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.

O, milli komandanın heyətində UEFA Millətlər Liqasında forma geyinə bilər.

Moldovalılar adıçəkilən yarışın K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) yığmalarına qarşı mübarizə aparacaqlar.

“Kəpəz”in heyətində iki dəfə fərqlənən Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə