“Biz mübarizə aparırıq, sonda nə olacağını görəcəyik” - NARAZIDIR

26 Fevral 2024 22:00 İngiltərə 432
“Biz mübarizə aparırıq, sonda nə olacağını görəcəyik” - NARAZIDIR

“Liverpul”un baş məşqçisi Yurgen Klopp növbəti dəfə oyunların sıx qrafiki ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, ötən gecə “Çelsi”yə qalib gələrək Liqa kubokunu qazanan “Liverpul”un çalışdırıcısı bu qrafikə görə İngiltərə Futbol Assosasiyasını tənqid edib:

“Çərşənbə günü keçirəcəyimiz matçda oynamaq üçün heyətimiz yoxdur. Bu gün meydana çıxan uşaqlar yəqin ki, yenidən oynayacaqlar. Qalanları isə bərpa prosesi keçəcəklər.

Mən bu ölkəni ürəkdən sevirəm, amma bu cədvəl uğur əldə etmək üçün nəzərdə tutulmayıb. Biz mübarizə aparırıq. Sonda nə olacağını görəcəyik”.

Fevralın 28-də “Liverpul” “Sauthempton”la qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada