“Qarabağ”la müqavilə bağladı, bəxti açıldı, ilk dəfə çağırıldı

08:50 Qarabağ 119
“Qarabağ”la müqavilə bağladı, bəxti açıldı, ilk dəfə çağırıldı

“Qarabağ”ın legioneri Bense Varkonyi ilk dəfə Macarıstanın əsas milli komandasına çağırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyası məlumat yayıb.

Yığmasının baş məşqçisi Marko Rossi 24 yaşlı mərkəz müdafiəçisini UEFA Millətlər Liqasının dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib.

Varkonyidn başqa heyətdə daha dörd yeni futbolçu var.

Macarıstan yığması UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı qəbul edəcək. Komanda sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə Ukraynanın qonağı olacaq.

Bense Varkonyi “Qarabağ”a iyulun 3-də Macarıstanın “Zalaegerseq” klubundan keçib. O, Ağdam təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!