AFFA-nın yeni təhsil proqramı fəaliyyətə başladı - FOTOLAR

08:10 Hadisə 75
AFFA-nın yeni təhsil proqramı fəaliyyətə başladı - FOTOLAR

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində AFFA Fitnes C kursuna start verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirin açılışında qurumun baş katibinin müavini Elçin Məmmədov iştirak edib. AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirakçılara uğurlar arzulayıb.

Kursun məşğələlərini assosiasiyanın fitnes üzrə mütəxəssisi Turcay Əhmədov keçir.

Proqram futbol klublarında, akademiyalarda və futbolun inkişafı mühitində çalışan fitnes məşqçiləri, eləcə də bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.

AFFA Futbol Fitnesi C Sertifikat Proqramının əsas məqsədi iştirakçılara futbolçuların fiziki hazırlığı üzrə baza bilik və bacarıqları qazandırmaq, həmçinin onları UEFA Fitnes B təhsil yoluna hazırlamaqdır.

Kurs fasilələrlə noyabrınadək davam edəcək.

AFFA-nın yeni təhsil proqramı fəaliyyətə başlayıb - FOTO

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar