Yeni müqavilə ilə bağlı danışıqlara başlamağa tələsmirlər

12:20 İngiltərə 87
Yeni müqavilə ilə bağlı danışıqlara başlamağa tələsmirlər

“Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını uzun müddət Mersisayd təmsilçisində davam etdirməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi yeni müqavilə ilə bağlı danışıqlara başlamağa tələsmir.

Tərəflər arasında qüvvədə olan sözləşmənin müddəti 2028-ci il iyunun sonunda başa çatacaq.

Makallister 2023-cü ildən “Liverpul”da çıxış edir. 27 yaşlı futbolçunun dəyəri 70 milyon avro qiymətləndirilir.

Argentinalı yarımmüdafiəçi cari mövsümdə İngiltərə Premyer Liqasında 7 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti