"Baku Arena"da aparılan genişmiqyaslı işlər davam edir.
Stadionun əsas meydançasında yenidənqurma və təmir-bərpa prosesi artıq son mərhələyə qədəm qoyub.
İşlərin yekunlaşdırılmasına sayılı günlər qalıb.
Görülən işlər çərçivəsində əsas stadionun infrastrukturu tamamilə yenilənib. Komandalar, hakimlər, rəsmi şəxs və mətbuat konfransı və digər xidmət sahələri üçün nəzərdə tutulmuş otaqlar hazır vəziyyətə gətirilib.
Stadionun vizual və texniki göstəriciləri də klubun simvollarına uyğunlaşdırılıb. T
ribunalar rənglənib və azarkeşlər üçün nəzərdə tutulmuş oturacaqlarda "Şəfa" sözü həkk olunub. Futbol qurğusunun xarici fasadı klubun doğma rəngləri olan göy-ağ çalarlara boyanıb.
Meydançanın ot örtüyünün yenilənməsi ilə bağlı bütün işlər tam yekunlaşıb.
Gənclər və İdman Nazirliyi "Baku Arena"nı "Şəfa"FK-ya uzunmüddətli icarəyə verib. Paytaxt təmsilçisi minimum qarşıdakı 10 il ərzində buranın xidmətindən yararlanacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
