Problem çox idi, o da bir yandan… Almacıq sümüyünü vurub sındırdılar

14:40 Zirə 73
Problem çox idi, o da bir yandan… Almacıq sümüyünü vurub sındırdılar

«Zirə»nin problemli futbolçularının siyahısı hər həftə genişlənir.

Artıq İsmayıl İbrahimlinin adına da burada rast gəlirik.

Belə ki, yarımmüdafiəçinin almacıq sümüyü sınıb. Hadisə «Kəpəz»lə səfər qarşılaşmasında baş verib.

Gəncədə 1:1 bitən matçın ikinci hissəsində üzündən dəyən zərbənin təsirindən xəsarət alan orta sahə oyunçusu 81-ci dəqiqədə İssa Cibrila ilə əvəzlənib.

Bakıda tibbi müayinədən keçən İbrahimlinin zədəsinin ciddi olduğu aşkarlanıb. O, bir müddət məşq edə, meydana çıxa bilməyəcək.

Qəsəbə təmsilçisi hazırda zədəli oyunçularının çoxluğundan əziyyət çəkir. Onları sayı 10-u keçib.

Aralarında əməliyyat olunanlar da var, bir neçə həftəlik müalicə kursu keçmək məcburiyyətində qalanlar da var. Hətta bəziləri ağrıkəsici iynə vurduraraq yaşıl sahəyə ayaq basır.

Çünki ehtiyat skamyanın boyu son həftələrdə xeyli qısalıb, Rəşad Sadıqov start «11-liy»ini düz-qoş edə bilmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti