Həkimlər icazə vermədi, millinin qarşıdakı oyunlarına çıxa bilməyəcək - Hələ sağalmamısan

16:00 Milli komanda 112
Həkimlər icazə vermədi, millinin qarşıdakı oyunlarına çıxa bilməyəcək - Hələ sağalmamısan

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu tezliklə Ukraynaya qayıda bilməyəcək.

O, müqavilə ilə məxsus olduğu "Bukovina"nın düşərgəsinə əvvəlcədəqn nəzərdə tutulmuş vaxtdan gec yollanacaq.

Buna səbəb bir müddət öncə aldığı zədənin tam sağalmamasıdır. Bakıdakı klinikaların birində təkrar MRT müayinəsindən keçən forvardın ən azı daha bir həftə həkim nəzxarətində qalacağı dəqiqləşib.

Ayyarım öncə “Bukovina” ilə müqavilə bağlamış 27 yaşlı ön xətt oyunçusu UEFA Millətlər Liqasının üçüncü turunda Litvaya qarşı oyunda (1:0) xəsarət alıb.

Bakdakı matçın ikinci yarısında zədələnən Dadaşovda budun ön hissəsində əzələ yırtığı aşkarlanıb. Bu isə o deməkdir ki, Dadaşov noyabrın sonu və ya dekabrın əvvəlinədək sağalmasını gözləməlidir.

Başqa sözlə, həm Ukrayna klubunun qarşıdakı bir neçə oyununu, həm də Azərbaycan millisinin noyabrda Lixtenşteynlə rəsmi, Andorra ilə yoxlama matçlarını buraxacaq.

Hər halda bu proses AFFA-nın diqqət mərkəzindədir. “Bukovina”nın isə hazırda belə tibbi imkanı yoxdur.

Ukraynalılar Dadaşova onu lazım səviyyədə müalicə edə bilməyəcəklərini söyləyib. O da AFFA ilə əlaqə saxlayaraq, kömək istəyib.

Federasiya da belədə bütün xərcləri üzərinə götürüb və Bakıya qayıdışını təmin eləyib.

Yığmamız noyabrın 13-də Millətlər Liqası çərçivəsində Lixtenşteynlə, 3 gün sonra isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti