Azərbaycan liqaları, pərdəarxası olaylar: Klub rəhbəri bizim “Futbol masası”nda - VİDEO

17:00 Sportinfo TV 109
Azərbaycan liqaları, pərdəarxası olaylar: Klub rəhbəri bizim “Futbol masası”nda - VİDEO

“Sportinfo TV”də yayımlanan “Futbol Masası” verilişinin növbəti buraxılışı təqdim olunub.

Proqramın aparıcısı Həbib Aslanovun budəfəki qonağı AFFA İcraiyyə Komitəsinin iki dəfə üzvü seçilmiş, uzun illər “Bakı”da icraçı direktor vəzifəsində çalışmış, hazırda isə “Dinamo”nun prezidenti olan Yaşar Seyidov olub.

Təcrübəli futbol funksioneri ilə söhbət zamanı Azərbaycanda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı, mundialın təşkili və turnirlə bağlı müxtəlif məqamlar müzakirə edilib, onun fikirləri öyrənilib.

Bununla yanaşı, Azərbaycan futbolunun aşağı liqalarındakı mövcud vəziyyət, I və II liqalarda rəqabət mühiti, komandaların durumu və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Verilişdə Abşeron Olimpiya İdman Kompleksinin futbol meydançasının yenilənməsi ilə bağlı məlumat da diqqətə çatdırılıb.

Yaşar Seyidov bir saat davam edən proqram boyunca Azərbaycan futbolunun müxtəlif istiqamətləri ilə bağlı maraqlı açıqlamaları və fikirləri ilə diqqət çəkib.

“Futbol masası”nın baş sponsoru “Muno365” şirkətidir.

“Muno365” - Süni intellekt dəstəkli yeni nəsil biznes idarəetmə platforması! Restoran, kafe, ticarət, istehsalat və müxtəlif biznes sahələri üçün hazırlanmış innovativ ekosistemdir.

“Muno365” - Satış, maliyyə, anbar, personal və digər prosesləri vahid platformada birləşdirir, biznes göstəricilərini təhlil edir, riskləri aşkarlayır və strateji qərarların qəbuluna ağıllı dəstək verir.

“Muno365” - Sadəcə, idarəetmə proqramı deyil, biznesinizin rəqəmsal gələcəyidir!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti