Millinin və “Bavariya”nın ulduzu ilin ən yaxşı hücumçusu seçildi

15:20 Dünya futbolu 58
Millinin və “Bavariya”nın ulduzu ilin ən yaxşı hücumçusu seçildi

İngiltərə millisinin və “Bavariya”nın ulduzu Harri Keyn ilin ən yaxşı hücumçusu mükafatına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, ona bu mükafatı Londonda keçirilən “Qızıl top” mərasimində təqdim edilib.

2025/2026 mövsümündə Keyn “Bavariya” ilə Almaniya çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb. O, İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalına sahib çıxıb.

Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisində keçirdiyi 65 oyunda ümumilikdə 73 qol vurub.

Ötən il bu mükafatı Viktor Qyökereş qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti