Misli Premyer Liqasında VII tura start verilib.
Sportinfo.az xəbər verir ki, "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
"Sarı-göylər"in ilk qolunu 31-ci dəqiqədə Blessinq Olabiran vurub. 86-cı dəqiqədə Rəhman Hacıyev fərqi iki topa çatdırıb.
Xallarının sayını 10-a çatdıran "Kəpəz" 6-cı pillədə qərarlaşıb. Komandanın ehtiyatda daha bir oyunu var. Naxçıvan klubu 2 xalla sonuncu - 12-ci yerdədir.
“Araz-Naxçıvan” - “Kəpəz” 0:2
Şamaxı şəhər stadionu, 600 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Tərlan Talıbzadə
Dördüncü hakim: Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Ceyhun Nuriyev, 79 (qeyri-idman hərəkəti); Patrik Andrade, 82 (qeyri-idman hərəkəti) // Desmond Akua, 23 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Etibar İbrahimov (“Kəpəz”), 85 (oyunun bərpasını ləngitdiyinə görə)
Qollar: Benito, 31; Rəhman Hacıyev, 86
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
“Araz-Naxçıvan”
99. Tərlan Əhmədli
29. Ceyhun Nuriyev
2. Abdulla Rzayev
9. Ağadadaş Salyanskiy
(14. Ülvi İsgəndərov, 80)
27. Boyan Letiç
6. Patrik Andrade (k)
17. İssuf Paro
11. Mohamed Mara
(10. Şarl Boli, 85)
12. Bruno Franko
(19. Abdallah Sudi, 42)
5. Luka Dumançiç
23. Alberto Fernandes
(8. Mustafa Əhmədzadə, 80)
Ehtiyat oyunçular:
1. Artur Auqusto
26. Ömər Buludov
13. Qabil Əlizadə
53. Fərid Tağıyev
21. İbrahim Piriyev
Baş məşqçi: Yuri Maksimov
“Kəpəz”
1. Rojerio Santos
34. Urfan Abbasov (k)
7. Namik Ələskərov
9. Kennet Kalunqa
66. David Domqjoni
11. Viktor Stina
(20. Rafael Məhərrəmli, 78)
33. Benito
(10. Rəhman Hacıyev, 63)
3. Mahamadu Ba
(6. Vadim Abdullayev, 78)
14. Adama Fofana
(2. Arzu Atakişiyev, 88)
4. Mate Abuladze
27. Desmond Akua
(8. Şakir Seyidov, 46)
Ehtiyat oyunçular:
94. Rəşad Əzizli
81. Elgün Bayramov
5. Hüseyn Babayev
17. Ümid Səmədov
19. Fərid Kələntərov
70. Şahnur İsmayılov
23. Raul İsaqov
Baş məşqçi: Azər Məmmədov
