Azərbaycana dönən baş məşqçiyə və daha altı nəfər “OLMAZ” dedilər!

13:20 Araşdırma 94
Azərbaycana dönən baş məşqçiyə və daha altı nəfər “OLMAZ” dedilər!

27-29 oktyabr tarixləri aralığında Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçiriləcək.

Burada yeddi nəfər kənarda qalacaq.

Bunlardan 3-ü məşqçi, 4-ü isə futbolçulardır.

Söhbət “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov, “Zaqatala”da köməkçi-məşqçi işləyən Firuddin Mövsümov, “Zirə”də eyni vəzifəyə sahib Vüqar Məmməd, “Hypers”in futbolçusu Saleh Süleymanov, “Marafon”un üzvü Elməddin Hüseynzadə, MOİK-in hücumçusu Elvin Nəsibov, “Mingəçevir”in yarımmüdafiəçisi Roman Hüseynovdan gedir.

Adları çəkilənlərin hər biri Azərbaycan Kubokunun əvvəlki oyunlarında cəzalı duruma düşdükləri üçün bu dəfə texniki zonada yer ala bilməyəcək.

Yuri Maksimov hələ “Keşlə”də çalışdığı dönəmdə - 2018-ci ilin aprelində “Sumqayıt”la qarşılaşmada 4 oyunluq cəza almışdı.

Həmin mövsümün final qarşılaşmasında 1 matç kənarda qalan ukraynalı mütəxəssis qalan 3 oyunun bədəlini ödəmək məcburiyyətindədir.

Vüqar Məmməd isə 2021-ci ilin fevralında “Sumqayıt”la qarşılaşmada yan xətt hakimi Cavanşir Yusifova fiziki hərəkət etdiyinə görə 20 oyunluq cəzalanmışdı. Son 5 ildə 19 görüşdə kənarda qalan Məmməd üçün, bu matç sonuncu cəzadır.

Maraq üçün bildirək ki, Azərbaycan Kubokunun II mərhələsində 12 görüş reallaşacaq.

Oktyabrın 27-də “Səbail” – “Zirə”, “Şimal” – “Araz-Naxçıvan”, “Marafon” – “Zaqatala”, “Kür-Araz” – “Sumqayıt”, “Qəbələ” – “Mingəçevir”, bir gün sonra “İmişli” – “Qaradağ Lökbatan”, MOİK – “Şahdağ Qusar”, “Hypers” – “Şamaxı”, ”Şəfa” – “Ağstafa Gəncləri”, “Kəpəz” – “Baku Sportinq”, oktyabrın 29-da “Zəngəzur” – “Karvan-Yevlax”, “Xankəndi” – “Gəncəbasar” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti