«Hələ heç bir futbolçu ilə danışıqlar aparmırıq, amma bu, o demək deyil ki, transfer məsələlərini tamamilə bitirmişik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
Klub funksioneri heyətin gücləndirilməsi istiqamətində növbəti addımların atıla biləcəyini istisna etməyib:
«Bu yay komandaya 9 legioner cəlb olunub. Açığı, hələ gündəmimizdə olan, təklif göndərdiyimiz yeni futbolçu yoxdur.
İstər yerlilər, istərsə də legionerlər arasında. Amma mümkündür ki, qarşıdakı günlərdə daha kimsə bura gəlsin».

