PSJ ilin ən yaxşı komandası adına layiq görüldü

10:20 Dünya futbolu 78
PSJ ilin ən yaxşı komandası adına layiq görüldü

PSJ ilin ən yaxşı komandası adına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi bu mükafatı Londonda keçirilən “Qızıl top” mərasimində qazanıb.

PSJ ötən mövsüm UEFA Çempionlar Liqası, UEFA Superkuboku, Fransa Superkuboku, Liqa 1 və Qitələrarası kubokun qalibi olub.

Bu mükafata İngiltərənin “Arsenal”, Almaniyanın “Bavariya”, Norveçin “Bude-Qlimt” və Braziliyanın “Flamenqo” klubları da namizəd göstərilmişdi.

Qeyd edək ki, mərasimdə ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibi də müəyyənləşdiriləcək.

Mükafatın hazırkı sahibi PSJ-nin hücumçusu Usman Dembeledir. Bu mükafatı ən çox qazanan futbolçu isə 8 dəfə fərqlənmiş argentinalı Lionel Messidir.

PSJ ötən il də bu mükafata layiq görülmüşdü.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM