Nihat finalda erməniyə rəqib oldu, Həsrət uduzdu - Dünya çempionatında

04:10 Güləş 84
Nihat finalda erməniyə rəqib oldu, Həsrət uduzdu - Dünya çempionatında

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Sportinfo.az verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda norveçli Morten Toreseni tam üstünlüklə (11:0) məğlub edərək 1/4 finala yüksəlib.

Nihat bu mərhələdə Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. O, yarımfinalda Sergey Yemelini (Rusiya) üstələyib. N.Məmmədli qızıl medal uğrunda qarşılaşmada Karen Aslanyanla (Ermənistan) üz-üzə gələcək.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/8 finalda Aleksandr Xryuşini (Ukrayna) 7:1 hesabı ilə məğlub edib.

Cəfərov 1/4 finalda Han Jae Chungdan (Cənubi Koreya) üstün olub. O, yarımfinalda Səid Esmaeiliyə (İran) yenilib. Həsrət sabah üçüncü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.

87 kq-da mübarizə aparan İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM