İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatına layiq görülüb.
Sportinfo.az xəbər verir ki, mükafat Londonda, “Palladium” teatrında keçirilən “France Football” jurnalının mərasimində təqdim olunub.
Ona mükafatı braziliyalı əfsanəvi futbolçu Ronaldo təqdim edib.
33 yaşlı forvard həmçinin ilin ən yaxşı hücumçusu da seçilib.
2025/2026 mövsümündə Keyn “Bavariya” ilə Almaniya çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb. O, İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatının bürünc medalına sahib çıxıb.
Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisində keçirdiyi 65 oyunda ümumilikdə 73 qol vurub.
“Qızıl top” tarixində ilk dəfə Fransadan kənarda təqdim olunub. Mərasimin Londonda keçirilməsi 1956-cı ildə mükafatın ilk qalibi olmuş ingiltərəli futbolçu Stenli Metyuzla əlaqələndirilir.
Ötən il “Qızıl top” mükafatını PSJ-nin hücumçusu Usman Dembele qazanmışdı.
