"Sumqayıt"ın yaponiyalı futbolçusu Masaki Murata çətin vəziyyətlə üz-üzə qalıb.
Yeni baş məşqçi Kandido onun xidmətində maraqlı deyil.
Portuqaliyalı çalışdırıcı futbolçunun məşqlərdəki performansından narazıdır və aylar əvvəl Murataya özünə yeni klub tapması tapşırılıb.
Lakin Muratanın bu yöndə səyləri hələlik nəticə vermir.
Onu heyətində görmək istəyən klub yoxdur.
"Sumqayıt" isə bu mövsüm üçün artıq 12 legionerin sifarişini edib.
Bu da o deməkdir ki, mövsümün qalan bölümündə 27 yaşlı yarımmüdafiəçinin sifariş olunması hazırkı qaydalara əsasən mümkün deyil.
Çünki növbəti legionerin sifarişi yalnız 100 min manat rüsum qarşılığında reallaşa bilər.
Beləliklə, Murata qarşıdakı günlərdə də komanda tapa bilməsə, mövsümü faktiki olaraq boşa vermiş olacaq. O, ən yaxşı halda əsas komandanın məşqlərində iştirak edə biləcək.
Yaponiyalı legioner 2023-cü ildən (qısa müddət Danimarka karyerası xaric) "kimyaçılar"ın formasını geyinir.
Arxada qalan müddətdə meydana çıxdığı 81 matçda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.Onu heyətində görmək istəyən klub yoxdur.
"Sumqayıt" isə bu mövsüm üçün artıq 12 legionerin sifarişini edib.
Bu da o deməkdir ki, mövsümün qalan bölümündə 27 yaşlı yarımmüdafiəçinin sifariş olunması hazırkı qaydalara əsasən mümkün deyil.
Çünki növbəti legionerin sifarişi yalnız 100 min manat rüsum qarşılığında reallaşa bilər.
Beləliklə, Murata qarşıdakı günlərdə də komanda tapa bilməsə, mövsümü faktiki olaraq boşa vermiş olacaq. O, ən yaxşı halda əsas komandanın məşqlərində iştirak edə biləcək.
Yaponiyalı legioner 2023-cü ildən (qısa müddət Danimarka karyerası xaric) "kimyaçılar"ın formasını geyinir.
Arxada qalan müddətdə meydana çıxdığı 81 matçda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ
