Ehtiram Quliyev: “Bu yolda sonadək komandanın yanındayam”

20:20 Turan 131
Ehtiram Quliyev: “Bu yolda sonadək komandanın yanındayam”

“Turan Tovuz”un hədəfi dəyişməyib.

Hədəf çempionluğa oynamaqdır. Əlbəttə ki, bu yolda sonadək komandanın yanındayam”.

Sportinfo.az xəbər verir ki, bunu “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev deyib.

Klub rəhbəri Premyer Liqanın doqquzuncu turu çərçivəsində səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşma barədə təəssüratlarını bölüşüb:

“Gözəl, maraqlı oyun oldu. Çempionatımızda belə maraqlı görüşlər keçirildikcə yarışın səviyyəsi də yüksələcək.

Komandamız da yaxşı oynadı. Bu gün xal itirdik, amma neyləmək olar, bu, futboldur”.

Hazırda Tovuz təmsilçisi 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti