“Kəpəz” ikisini birdən satışa çıxardı - 2-20 manat dəyərində

02:10 Kəpəz 85
“Kəpəz” ikisini birdən satışa çıxardı - 2-20 manat dəyərində

“Kəpəz”in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, belə ki, futbol həvəskarları həm Azərbaycan kuboku uğrunda yarışın 2-ci təsnifat mərhələsində “Baku Sportinq”, həm də Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “İmişli”yə qarşı matçların biletlərini əldə edə bilərlər.

Biletlər 2, 3, 5, 10 və 20 manat dəyərindədir.

Satış “iticket.az” saytı vasitəsilə və Gəncə şəhər stadionunun kassalarında həyata keçirilir.

“Kəpəz” “Baku Sportinq”i oktyabrın 28-də, “İmişli”ni isə noyabrın 1-də qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM