“Qarabağ”ın “Dinamo” ilə matçına qiymət qoyuldu - Üç manat

02:30 Qarabağ 96
“Qarabağ”ın “Dinamo” ilə matçına qiymət qoyuldu - Üç manat

Bu həftə UEFA Gənclər Liqasının ikinci mərhələsində “Qarabağ” U-19 – “Dinamo” (Zaqreb) U-19 matçı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, oyun oktyabrın 28-də "Azərsun Arena"da təşkil olunacaq və yerli vaxtla saat 15:30-da başlanacaq.

Matçın biletləri bu gün saat 14:00-dan etibarən iTicket.az vasitəsilə onlayn şəkildə satışda olacaq. Biletlərin qiyməti 3 manatdır.

Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr" cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah" və "Qarabağ"

"Qarabağ"ın U-19 komandası Yerli çempionlar yolu xətti ilə bu turnirdə iştirak edir. "Sabah"ın U-19 komandası isə Çempionlar Liqası yolu ilə turnirdə mübarizə aparır.

Yerli çempionlar yolu xətti ilə yarışda mübarizə aparan komanda (indiki halda "Qarabağ") turnirin 1/16 final mərhələsinə yüksəlmək üçün iki mərhələ keçməlidir.

Həmin mərhələdə Çempionlar Liqası yolunda ilk 22 yeri tutan komanda da yarışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM