I Liqanın 6-cı turunun mərkəzi qarşılaşması Binə qəsəbə stadionunda baş tutdu.
Lider “Şahdağ Qusar” çempionluğa iddialı əsas rəqiblərindən olan “Səbail”i qəbul edirdi.
Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün yekununda nominal meydan sahibi 1:0 hesablı qələbə qazanaraq prinsipial rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacardı.
Bununla da bölgə təmsilçisi turnir cədvəlinin liderlər qrupundakı mövqeyini möhkəmləndirib və “Səbail”lə xal fərqini 4-ə yüksəltdi.
“Səbail”in müdafiəçisi Ehtiram Şahverdiyev Sportinfo.az-a açıqlamasında məğlubiyyəti belə şərh edib:
“Hər oyuna hazırlaşdığımız kimi, bu qarşılaşmaya da ciddi hazırlaşmışdıq. Çalışırdıq ki, bu matçdan xal və ya xallar götürək.
Bunun üçün
çox çalışdıq, meydanda can qoyduq. Təəssüf ki, istəyimizə nail ola bilmədik.
Yəqin ki, hansısa məqamlarda səhvlərə yol verdi
k. Bu səhvləri aradan qaldıraraq qarşıdakı oyunlarda təkrarlanmamasına çalışmalıyıq.
Çempionat yeni başlayıb və bizi hələ çox oyun, o cümlədən vacib qarşılaşmalar gözləyir. Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq ki, gələcəkdə istədiyimiz nəticələri əldə edə bilək”.
6 turdan sonra “Şahdağ Qusar” eyni xala sahib (12) “Gəncəbasar”la 1-2-ci pillələri bölüşür.
MOİK 13 xalla 3-cü, “Səbail” 11 xalla 4-cü, 10 xala sahib “Karvan Yevlax” 5-ci yerdə qərarlaşıb.
HƏBİB
