Gəncə təmsilçisinin uğurlu çıxışı rəhbərliyi də hərəkətə gətirdi - Büdcə artırılacaq

19:00 I Divizion 151
Gəncə təmsilçisinin uğurlu çıxışı rəhbərliyi də hərəkətə gətirdi - Büdcə artırılacaq

Mövsümə iddialı başlayan "Gəncəbasar" hamını təəccübləndirməyə davam edir.

Qarşısına liqada möhkəmlənmək məqsədi qoyulan Gəncə klubu 6 turdan sonra liderdir.

Başverənlər heç də təsadüfi deyil.

Elhad Nəzirinin baş məşqçisi olduğu kollektivin oynadığı futbol, göstərdiyi nəticələr təqdirəlayiqdir.

Bu məqam rəhbərliyi də hərəkətə gətirib.

Belə ki, qış fasiləsində heyət bir qədər də gücləndiriləcək.

Bu barədə gənc mütəxəssisə məlumat verilib.

Ona əlavə büdcə ayrılacaq, imkanlar bir qədər artırılacaq.

İnam var ki, yeni mövsümün startına 1 ay qalmış yığılan komanda belə oynayırsa, qış fasiləsində güclənməklə daha güclü ola bilər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti