Əfsanəvi baş məşqçi millimizin oyununu izləməyə gəldi - VİDEO

26 Oktyabr 23:20 Hadisə 102
Əfsanəvi baş məşqçi millimizin oyununu izləməyə gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanın U-15 millisi Bakıda təşkil olunan dünya çempionatı çərçivəsində Andorra ilə oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komandanın oyununu izləməyə gələnlər arasında “Arsenal”ın əfsanəvi baş məşqçisi, 2019-cu ildən bəri FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri vəzifəsində çalışan Arsen Venger də olub.

Yığmamız bu görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb. Yeganə qolu 20-ci dəqiqədə Həsən Mahmudov vurub.

Andorra 38-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Millimizin qapıçısı Oktay Mehrəliyev komandasını qoldan xilas edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM