Azərbaycan çempionu bu gün ÇL-də ilk oyununu kimə qarşı keçirəcək?

11:20 Futzal 91
Azərbaycan çempionu bu gün ÇL-də ilk oyununu kimə qarşı keçirəcək?

Bu gün Azərbaycan çempionu "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında 1-ci tur oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Naxçıvan təmsilçisi əsas mərhələdəki ilk oyununda Macarıstan təmsilçisi "Uypeşt"lə qarşılaşacaq.

Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

"Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Piast" komandası ilə üz-üzə gələcək.

16:00. "Araz-Naxçıvan" – "Uypeşt" (Macarıstan)

Hakimlər: Viktor Chaix (Fransa), Sergey Saçmans (Latvia), İqor Yaçevic (Latvia)

Qlivise. "Prezero Arena"

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!