“Barselona”nın və “Yuventus”un sabiq futbolçusu Arturo Vidal, italiyalı mütəxəssis Antonio Konte barədə fikirlərini bölüşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kontenin taktiki bacarıqlarını yüksək qiymətləndirib və onun “Yuventus”a qayıtmasının faydalı ola biləcəyini deyib:
“Konte taktika məsələsində əsl ustadır. “Yuventus” azarkeşlərinin onun geri qayıtmasını istəməsi təəccüblü deyil.
Konte rəqiblərini həmişə çox diqqətlə təhlil edir və oyunçularına meydanda tam olaraq nə etməli olduqlarını izah edir. O, qalib psixologiyasına sahibdir.
Konte “Yuventus”a qalib ruhunu və kuboklara olan aclığı qaytara bilər”.
Hazırda heç bir klubda çalışmayan Antonio Kontenin son iş yeri “Napoli” olub.
